“Onlardan xahişim budur ki, bizə inansınlar“

28 Oktyabr 2023 16:40 Kəpəz 747
“Onlardan xahişim budur ki, bizə inansınlar“

“Azarkeş hər zaman maksimum nəticə istəyir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz“in müdafiəçisi Rüfət Əhmədov deyib.

Müqavilə ilə “Qəbələ“yə məxsus olan və icarə əsasında Gəncə təmsilçisinin formasını geyinən gənc futbolçu fanatların komandanın sərgilədiyi futboldan narazı qalmasına münasibət bildirib:

“Onları hardasa başa düşmək olar. Amma iki klubun, komandanın ümumi vəziyyətini göz önünə gətirsək, fikrimcə, “Zirə”dən 1 xal almaq bizim üçün yaxşı nəticədir.

Yeni futbolçularımız gəlib. Oparıcı futbolçumuz Olavale Onanuqa isə hələ də zədəlidir.

Bəzən reallıqları nəzərə almaq lazımdır. Onlardan xahişim budur ki, bizə inansınlar, sona qədər dəstək olsunlar“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti