Ölkəmizin bu komandasında subay olana yer yoxdur - 1 ayda 3 toy!

27 Oktyabr 2023 20:00 Kəpəz 1 438
Ölkəmizin bu komandasında subay olana yer yoxdur - 1 ayda 3 toy!

Premyer Liqada işləri qaydasında getməyən "Kəpəz"lilər "toy yağışında islanır".

Oktyabrın 9-da Vüsal Məsimov Mingəçevirdəki restoranların birində subaylığın "daşını atdı".

Oktyabrın 23-də isə Ehtiram Şahverdiyevə bəy masasında oturmaq nəsib oldu. Həmin gün klubun rəsmiləri, məşqçi və futbolçu heyəti Yasamaldakı "İdeal" şadlıq sarayında yığışmışdı.

Sıradakı qəhrəman Kamran İbrahimovdur. Gəncə təmsilçisinin qapısını qoruyan futbolçu oktyabrın 30-da "subaylığın əlcəklərini mismardan asacaq".

Həmin gün Kamranın xoş günündə iştirak etmək istəyənlər "Bəyaz Saray"da bir araya gələcək.

Futbolçuların hər birini təbrik edir, ailə səadəti arzulayırıq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti