Vaxtaşırı danışılmış oyunlar, maliyyə və stadion problemləri, "lipa” qalmaqalları ilə gündəmə gələn Azərbaycan futbolu bu dəfə ortaya atılan iddia ilə daha da sarsılıb.
Sağlamlıq analizinin saxtalaşdırıldığı bildirilən "Kəpəz”in legioneri barədə məlumatlar var.
"Kəpəz”in hücumçusu Abdullahi Şuaybunun menecerlərindən olan Dmitri Selyuk onun Hepatit B virusu daşıdığı halda, analizinin dəyişdirilərək "sağlam” diqanoz qoyulmasını iddia edir.
Artıq Azərbaycan Respublikasının Baş Prokurorluğu faktın araşdırılması üçün AFFA-ya müraciət ünvanlayıb.
Selyukla nigeriyalı forvard arasında münasibətlər dəyib. Onlar artıq bir-birlərini danışdırmır. Menecerin afrikalının əleyhinə hərəkətə keçməsinin arxasındakı səbəb də budur.
Adıçəkilən agent Şuaybunun «Şerif»ə transferinə vasitəçilik edib. Amma o, Moldova klubunda çox qalmayıb, 2022-ci ilin yayında Azərbaycana gəlib.
Hücumçunun «Şerif»dən ayrılması menecerinin ona yanaşması ilə əlaqədardır. Belə ki, futbolçu Tiraspolda olduğu müddətdə ondan istədiyi diqqəti görməyib, bəzən ac qalıb.
Tanımadığı ölkədə özünü yad hiss edib, Selyukdan kömək umub, fəqət tərpəniş olmayıb.
O, Azərbaycana gələndən bir müddət sonra meneceriylə bağlantıları kəsib. Vaxtilə «Mançester Siti»li Yaya Turenin agenti olmuş Selyukla əməkdaşlığı dayandıran Şuaybu onun telefon zənglərinə və mesajlarına cavab verməyib.
Bu da agenti hiddətləndirib və Azərbaycandakı tanışları vasitəsilə son xəbəri mediaya ötürüb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

