Klubun patronu yoruldu, bütün işləri başqalarına tapşırdı

24 Oktyabr 2023 19:00 Kəpəz 1 091
Klubun patronu yoruldu, bütün işləri başqalarına tapşırdı

“Kəpəz”in mövsümə uğursuz start verməsi, deyəsən, İlqar Nadirini vaxtından əvvəl yorub.

İdarə Heyətinin sədri 1 aylıq məzuniyyət götürüb.

O. öz səlahiyyətlərinin müvəqqəti icrasını digər rəsmilərə tapşırıb.

Nadiri yaxın çəvrəsiylə söhbətində komandanın əldə etdiyi zəif nəticələrin onu üzdüyünü, eyni zamanda, azarkeşlərin futbolçulara göstərdiyi təzyiqdən narahat olduğunu bildirib.

Gəncə təmsilçisi Premyer Liqanın ilk 10 həftəsində 10 xal toplayıb. Aktivində cəmi 1 qələbə olan “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti