“Kəpəz” Premyer Liqanın 10-cu turunu heç-heçə ilə başa vurdu.
Autsayder kollektivin turnir cədvəlinin iki lider komandasından biri “Zirə” ilə duelindən qol səsi çıxmadı.
Oyundan sonra Gəncədən Tovuza gedən bir qrup azarkeş 1 xala görə komanda üzvlərini alqışladı.
İddialı rəqiblərdən xal qoparması ilə seçilən “Kəpəz”in bu dəfə zirəliləri büdrətməsi tərəfdarların könlünü oxşamışdı.
Lakin həmin azarkeşlər çox keçmədən futbolçulardan hesabat tələb etmək fikrinə düşdü.
Öncə gəncəli Əli Səmədovu, daha sonra kapitan Vurğun Hüseynovu yanlarına səsləyən fanatlar onlardan baxımlı futbola şahidlik etməmələrinə görə narazılığını bildirdi.
Futbolçular isə cavabında komandada yeni futbolçuların olduğunu, Olavale Onanuqanın zədəyə görə komandaya kömək edə bilmədiyini və “Zirə”nin bütün cəhətlərdə “Kəpəz”i üstələdiyini azarkeşlərin diqqətinə çatdırdı.
Yekunda futbolçularla tərəfdarlar arasında “sülh müqaviləsi bağlandı”.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

