Eyni anda iki əcnəbini ehtiyatda otuzduran azərbaycanlı - Onu hamı tanısın

24 Oktyabr 2023 23:40 Kəpəz 4 932
Eyni anda iki əcnəbini ehtiyatda otuzduran azərbaycanlı - Onu hamı tanısın

"Kəpəz" ikinci dövrəyə önəmli xalla başladı.

Tovuzda "Zirə"ni qəbul edən qərb təmsilçisi güclü rəqibi ilə 0:0 hesablı bərabərliyə razılaşaraq aktivinə 1 xal yazdıra bildi.

Bunda "Neftçi"nin yetirməsi Kamran İbrahimovun xüsusi rolu oldu.

24 yaşlı qapıçı bir neçə epizodda paytaxt təmsilçisinin qol vurmasına yaxşı seyvlərlə mane oldu.

Ümumiyyətlə, Kamran üçün bu matçın xüsusi önəmi vardı.

Belə ki, mövsümə ehtiyat qapçı kimi başlayan 24 yaşlı futbolçu birinci dövrənin gedişində həmkarı Vladislav Vasilyuçekin kobdu səhvləri sırlananınca məşqçilər ona şans verməli oldu.

O da meydana çıxdığı ilk matçlardanca belaruslu legionerdən güclü olduğunu göstərməyi bacardı.

Amma klubun yeni qapıçı axtarışları davam edirdi.

Yekunda portuqaliyalı İqor Rodrigesin transferi rəsmiləşdi.

Düzdü, sənədlərində problem olan əcnəbi kiper birinci dövrənin son 3 turun yeni komandasın tribunadan izləməli oldu.

Milli komandalara görə yaranmış fasilədə problem həll edilincə onun meydana çıxmasına heç bir əngəl qalmadı.

Lakin ədalətli olmaq prinspin unutmayan Azər Məmmədov ikinci dövrənin ilk matçında da Kamrana haqq etdiyi əsas heyəti həvalə etdi.

Təbii ki, İbrahimov da gözəl başa düşür ki, indi ehtiyatda tək Vladislav yox, həm də İqor var.

İlk büdrəmədə yerini itirə bilər.

Bu məqam əlavə psixoloji yük olduğu qədər, həm də bir motivasiya rolunu oynamış olur.

"Qartallar"la qarşılaşmada da özünü yaxşı tərəfdən göstərən həmyerlimiz uzun fasilədən, böyük səbrdən sonra qazandığı əsas heyəti asanlıqla təslim etmək fikrində deyil.

Həqiqətən, bir həmyerlimiz adına gözəl mənzərədir.

Ki, iki gəlməni eyni anda ehtiyatda otuzdurasan.

Bu, Kamran üçün elə də asan olmayacaq.

Ümid edək ki, gənclər millimizin sabiq üzvü çətin rəqabətdə sona kimi qalib tərəf olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti