Premyer Liqanın 10-cu turu çərçivəsində “Kəpəz” Tovuzda “Zirə”ni qəbul edir.
Gəncə təmsilçisinin futbolçusu Olavale Onanuqa zədə səbəbindən meydana çıxmaqdan məhrumdur.
Nigeriyalı yarımmüdafiəçi oyunu izləmək üçün mərkəzi tribunanı yox, fan klub üzvlərinin yer aldığı sektoru seçib.
Onanuqanı görən fanatlar sözün əsl mənasında üzərinə hücum çəkib. Təbii ki, şəkil çəkdirmək üçün. Azarkeşlərin sözünü yerə salmayan afrikalı bir müddətdən sonra yerini dəyişib.
Amma bu dəfə də sıravi azarkeşlərin yanında əyləşərək ona isti münasibət göstərən tərəfdarlara eyni üsulla cavab verib.
Onanuqanın sadə və təvazökar davranışı fanatlar tərəfindən coşqu ilə qarşılanıb.
HƏBİB / SPORTİNFO.AZ

