"Bu, xeyirimizə olacaq"

19 Oktyabr 2023 17:00 Kəpəz 658
"Bu, xeyirimizə olacaq"

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Sportinfo.az-a açıqlama verib.

O, ilk öncə milli komandalara görə yaranmış fasiləni komandası üçün dəyərləndirib:

“Yaranmış fasilədən yaxşı yararlanmğa çalışdıq. Düşünürəm ki, istədiyimiz kimi yararlandıq.

Xeyirimizə, faydamıza olacaq. Onanuqanı çıxmaq şərti ilə hər kəs məşqlərdə iştirak etdi.

Bir-iki futbolçumuz tam hazır deyildi. Məsələn, yeni transfer Adama Niane kimi.

Düzdür, tam bərpa olunmasa da, fiziki göstəriciləri 70 faiz yaxşı duruma gəldi. Komanda şəkilində yaxşı hazırlıq keçdik.

Uşaqları son uğursuzluqların fonunda yaxşı olmayan psixoloji durumların düzəltməyə çalışdıq. Əskiklərimizi gözdən keçirdik. Fasilə o baxımdan yerinə düşdü”.

Məmmədovu narazı salan məqam da yox deyil:

“Çatışmayan bir yoxlama görüşü oldu. Oyun keçirə bilmədik. Bu da olsa, yaxşı olardı.

Çalışacağıq həmin boşluğu hiss etdirməyək. İnşallah, ayın 21-i “Zirə” ilə oyun göstərəcək ki, biz nə qədər yaxşı və düzgün yararlanmışıq”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti