Azərbaycan klubunda növbəti QƏNAƏT REJİMİ

17 Oktyabr 2023 23:00 Kəpəz 1 171
Azərbaycan klubunda növbəti QƏNAƏT REJİMİ

“Kəpəz” növbəti ev oyununu Tovuzda keçirəcək.

Gəncə şəhər stadionunda aparılan söküntü-tikinti işləri ilə əlaqədar “sarı-göylər” “Zirə”ni Tovuzda qəbul edəcək.

Bu məqamda bir məsələyə mütləq diqqət yetirməliyik.

Oktyabrın 20-də “Turan Tovuz” “Qarabağ”ı qonaq edəcək və bu oyun saat 18:30-da başlayacaq.

Tovuz şəhər stadionunda yeni projektorlar quraşdırıldığından, qərb təmsilçisi tarixində ilk dəfə rəqibini işıqlandırma sistemi olan stadionda qəbul edəcək.

Ertəsi “Kəpəz” həmin arenada zirəlilərlə qarşılaşacaq. Lakin bu matç axşam saatlarında yox, günorta saat 15:00-da start götürəcək. Yəni projektorlara gərək olmayacaq.

“Turan Tovuz”un baş sponsoru “Huner Group”un rəhbəri Ehtiram Quliyev “Kəpəz”in müraciətini müsbət cavablayaraq çətin gündə qonşu şəhərin komandasına səxavət göstərib. Yəni meydança sarıdan problem yoxdur.

Lakin söhbət projektorların işə salınmasından gedirsə, Gəncə təmsilçisi bunun üçün xərcə düşməlidir. İşıqların 2 saatlıq “fəaliyyəti” 5-10 manata başa gəlsəydi, “Kəpəz” rəhbərliyi vəsaiti ödəməyə razı olardı.

Lakin burada söhbət ciddi rəqəmdən getdiyindən, gəncəlilər əlavə xərcə düşmək istəmir. Onsuz da büdcədə qəpiyi qəpiyin üstünə qoyurlar. Bir də qalmışdı projektora görə əlavə xərcə düşmək.

Digər məsələ ondan ibarətdir ki, gəncəlilərin Gəncədən Tovuza gəlib-qayıtması üçün oyunun günorta saatlarına salınması daha uyğundur.

Yəni bu mənada azarkeşlərin rahatlığı da nəzərə alınıb. Amma əsas səbəb təbii ki, puldur, pul.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti