“Qarabağ”a məğlubiyyətə görə kimsə bizi qınamazdı - Bəzən peşmanlıq olur"

16 Oktyabr 2023 23:40 Kəpəz 752
“Qarabağ”a məğlubiyyətə görə kimsə bizi qınamazdı - Bəzən peşmanlıq olur"

“Həmin oyunları udsaydıq, daha yaxşı olardı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in müdafiəçisi Rüfət Əhmədov deyib.

Gəncə təmsilçisinin “Qəbələ”dən icarəyə götürdüyü 21 yaşlı futbolçu Premyer Liqanın ilk dövrəsinin yekunları barədə danışıb.

O, liderlərdən xal alıb, münasib rəqiblərə uduzmağın onlarda peşmanlıq yaratdığını etiraf edib:

“Bizdə bu hiss var. “Qarabağ”a məğlubiyyətə görə kimsə bizi qınamazdı. Onlardan, “Sabah”dan xal aldıq, “Neftçi”ni udduq, əsas rəqiblərimizə isə məğlub olduq.

Hansı ki, açağı yerlərdə gedən rəqiblərlə qarşılaşmalar 6 xallıq hesab olunur. Bu matçlarda qələbə qazana bilərdik.

İddialı komandalardan xallar almaq da xoşbəxtlikdir. Sadəcə, liderləri büdrədib digərlərinə uduzmaq bizə pis təsir edir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti