"Ailəmdən ilk dəfə uzaqlaşıram, mənə güvənə bilərlər" - FİOTO

16 Oktyabr 2023 09:20 Kəpəz 1 020
"Ailəmdən ilk dəfə uzaqlaşıram, mənə güvənə bilərlər" - FİOTO

“Kəpəz”in yeni transferi İqor Rodriqes instaqram səhifəsində paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Gəncə klubunun portuqaliyalı qapıçısı keçidi haqda bunları yazıb:

“Kəpəz”də oynayacağımı elan etdiyim üçün çox şadam. Ailəmdən ilk dəfə uzaqlaşıram, amma çalışacam ki, legioner həyatı yaşamağıma dəysin.

“Kəpəz” və azarkeşləri işimə bağlılığıma, daha çox çalışacağıma, peşəkarlığıma, ümumilikdə mənə güvənə bilərlər."

İqor 2024-cü il iyunun 30-na qədər “Kəpəz”in qapısını qoruyacaq. O, “Benfika”, “Çaveş”, “Eştoril”, “Sportinq Kovilya”, "Feyrense" klublarının qapısını qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti