Azərbaycan klubu yeni legioner gətirdi, əvvəlkinə qapını göstərdi – SON DƏQİQƏ

14 Oktyabr 2023 10:40 Kəpəz 6 198
Azərbaycan klubu yeni legioner gətirdi, əvvəlkinə qapını göstərdi – SON DƏQİQƏ

İqor Rodrigeslə anlaşan "Kəpəz" rəhbərliyi gözlənilən addımı atıb.

Gəncə təmsilçisi Vladislav Vasilyuçeklə yolları ayırmaq qərarına gəlib.

Portuqaliyalı qapıçıyla mövsümün sonunadək müqavilə imzalayan qərblilər onun belaruslu həmkarına qapını göstərib. Bu dəfə meydandakı deyil, bazanın girişində yerləşən qapını.

Ölkəsində son klubu "Slutsk" olmuş 29 yaşlı qolkiper birillik müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verməyə razılaşıb.

Belaruslu legionerlə yolların ayrılması qərarı təsadüfən verilməyib. O, Premyer Liqada forma geyindiyi əksər oyunlarda kobud səhvləri ilə yadda qalıb.

"Benfika"nın şərəfini qorumuş Rodrigesin gəlişi ilə "çərçivə"dəki problemlərin həllini tapacağı gözlənilir. Biz hələ "Neftçi"nin yetirməsi Kamran İbrahimovun da varlığını unutmamalıyıq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti