Azərbaycan klubu "Nant"ın sabiq hücumçusu ilə münasibətlərini rəsmiləşdirdi - FOTO

13 Oktyabr 2023 15:00 Kəpəz 1 248
Azərbaycan klubu "Nant"ın sabiq hücumçusu ilə münasibətlərini rəsmiləşdirdi - FOTO

"Kəpəz" heyətinə daha bir legioner cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Gəncə klubu məlumat yayıb.

Malili hücumçu Adama Niane ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Nianenin son klubu “Nassaji” (İran) olub. Daha çox Fransa və Belçika çempionatlarında çıxış edən Adama "Nant", "Trua", “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarda oynayıb.

Adama Niane Mali yığmasında 7 oyuna çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti