"Bura gələn ilin sonunadək qayıda bilməyəcəyik" - Klubun birinci şəxsi

13 Oktyabr 2023 22:40 Kəpəz 960
"Bura gələn ilin sonunadək qayıda bilməyəcəyik" - Klubun birinci şəxsi

«Komandamızın gələn ilin sonunadək doğma şəhərə dönüşü gözlənilmir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisinin rəhbəri təmirə bağlanan stadionda söküntü-təmirin 1,5 il davam edəcəyini bildirib:

«Tikintini aparacaq Türkiyə şirkətinin nümayəndələri artıq buradadır. Ərazini hasara alıblar.

Stadion Gənclər və İdman Nazirliyinin balansında olduğundan, bütün işlər onların nəzarətindədir. Bildiyimizə görə, hazırda proses layihələndirmə mərhələsindədir.

Bir müddətdən sonra stadionun söküntüsünə başlanacaq. Ora yalnız 2024-cü ilin dekabrında hazır olacaq.

Yenidənqurma sürətli gedəcək. Çoxlu işçi qüvvəsindən istifadə ediləcək.

Stadionun tikintisinə nəzarət çox güclüdür, bütün işlər yüksək səviyyədə görüləcək.

Komandamızın rəqiblərini Tovuzda qəbul edəcəyini bilirsiz. «Turan Tovuz»la mövsümün sonunadək anlaşmışıq. Yayda bir daha onlarla danışacağıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti