Bugünlərdə təmirə bağlanan Gəncə şəhər stadionunun 2024-cü ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Sportinfo.az-a «Kəpəz»dən bildirilib.
Redaksiyamıza daxil olan məlumata görə, arenanın yenidənqurma layihəsinin işlənməsinə başlanılıb və yaxın günlərdə söküntü prosesinə start veriləcək.
ilkin mərhələdə qəzalı tribunaların sökülməsi gözlənilir. Böyük idman qurğusunun ərazisində parkinqlə yanaşı, sosial iaşə obyektlərinin yaradılması da nəzərdə tutulur.
Podratçı olaraq Türkiyə şirkəti bu işləri görəcək.
«Kəpəz» qarşıdakı müddətdə ev oyunlarını Tovuzda keçirəcək. Bununla bağlı «Turan» rəhbərliyi ilə anlaşma əldə edilib.

