“Kəpəz”in rəhbər, məşqçi və futbolçu heyəti Gəncəni tərk edərək Mingəçevirə yollanıb.
Komandanın sol cinah müdafiəçisi Vüsal Məsimov subaylığın daşını atıb.
23 yaşlı oyunçu bu niyyətlə klubun və komandanın üzvlərini boya-başa çatdığı şəhərdə təşkil etdiyi toy mərasiminə dəvət edib.
Oktyabrın 9-da “Xarı bülbül” şadlıq evində baş tutan məclisdə Vüsalın təkcə “Kəpəz”dəki yox, hətta “Turan Tovuz”dakı komanda yoldaşları da iştirak edib.
Toyda ən maraqlı səhnə Gəncə klubunun legionerləri rəqs edərkən yaşanıb. Müxtəlif ölkələrdən gəlmiş xarici futbolçuların öz üslublarında etdikləri rəqslər toy iştirakçılarının böyük marağına səbəb olub.
Vüsal Məsimov cari mövsümdə “sarı-göylər”in heyətində 6 oyunun iştirakçısı olub.
HƏBİB / SPORTİNFO.AZ

