"Başqa yerdə buradakı təzyiq olmur"

8 Oktyabr 2023 16:30 Kəpəz 744
"Başqa yerdə buradakı təzyiq olmur"

«Mən bu haqda dəqiq nəsə deyə bilmərəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in yarımmüdafiəçisçi Elmir Tağıyev deyib.

Gəncə təmsilçisi Premyer Liqanın geridə qalan hissəsində evdə keçirdiyi 4 matçdan üçünü məğlubiyyətlə bitirib.

Yalnız açılış həftəsində «Neftçi»yə 1:0 hesabıyla qalib gələn qərblilər növbəti turlarda azarkeşlərinə məyusluq yaşadıb.

Maraqlıdır ki, «sarı-göylər» səfərdə daha inamlı təsir bağışlayır. «Qarabağ» və «Sabah»dan xal alıblar.

Bunu azarkeş təzyiqi ilə bağlamaq olar? Elmiri dinləyək:

«Səfərdə də azarkeşlərimiz olur. Əlbəttə, buradakı təzyiq olmur. Bəlkə də buna bağlamaq olar.

Ev oyunlarında da azarkeşlərimiz dəstək üçün stadiona gəlirlər. Amma oyun alınmayanda da yanımızda olsalar, yaxşı olar».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti