«Kəpəz»in rəhbər plaftormasında ayrılıq baş verib.
Uzun illərdir klubda çalışan mühafizə xidmətinin rəisi Elmar Əliyev vəzifəsi ilə vidalaşıb.
Onun hansı səbəbdən iş yerini tərk etməsi bəlli deyil. Dəqiq olan budur ki, Əliyev bundan sonra rəsmi status daşımayacaq.
Vakant posta yeni təyinatın yaxın günlərdə açıqlanması gözlənilir.
SPORTİNFO.AZ

