"Bu kluba Zaur Axundov kimi rəhbər lazımdır".
Futbol eksperti Emin Abbasov belə deyib.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Kəpəz"in böhranlı durumundan danışıb.
Tanınmış teleşərhçi Premyer Liqada sonuncu sıraya vuralanmış Gəncə klubunu ayata qaldırmağın yollarından bəhs edib.
Abbasov bildirib ki, hazırkı funksionerlər problemin həllində acizdir. Onun fikrincə, qərb təmsilçisinin xilası Z.Axundovun timsalında hər mənada güclü idarəçinin iş başına gəlməsindədir.
Ekspert AFFA-nın sabiq icraçı vitse-prezdenti və baş katibi Elxan Məmmədovu tərəfindən "Kəpəz"ə təyinat almış İlqar Nadirinin fəaliyyətinin uğursuzluğuna diqqət çəkib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

