“Kəpəz”də yenə Mahmud Qurbanov sədaları eşidilir…

5 Oktyabr 2023 14:00 Kəpəz 2 540
“Kəpəz”də yenə Mahmud Qurbanov sədaları eşidilir…

“Kəpəz”in son uğursuzluqları, azarkeşlərin və futbol ictimaiyyətinin komandanın nəticələrindən haqlı narazılıq bildirməsi növbəti dəfə bu klubda baş məşqçi dəyişikliyi aktuallığını meydana çıxarıb.

Bura dəvət olunan digər bölgə məşqçiləri qısqançlıqla qəbul olunduğundan, gəncəlilərin əsas istəkləri və arzuları yerli, özü də bacarıqılı və təcrübəli mütəxəssisin görəvə gətirilməsidir.

Belələrinə nəzər saldıqda, “Professor” ləqəbli Mahmud Qurbanov ilk növbədə ağlımıza gəlir.

Redaksiyamıza daxil olan zənglərdən də belə anlaşılır ki, Gəncə futbol ictimaiyyəti baş məşqçi postuna Qurbanovun gətirilməsinin tərəfdarıdır.

Bildirilir ki, klub rəhbərliyi yaxın günlərdə komandanın düşdüyü vəziyyəti və gələcək perspektivləri nəzərə alaraq, düzgün qərar verəcək.

Premyer Liqanın 8 turu ərzində cəmi 5 xal toplayan «Kəpəz» turnir cədvəlinin sonuncu pilləsinə enib. Aktivində cəmi 1 qələbə olan qərblilər Azər Məmmədovla heç cür ağ zolağa çıxa bilmir.

Yerli publika həm baş məşqçini, həm də idarəçiləri ötən müddətdə dəfələrlə istefaya səsləyib.

Mahmud Qurbanov yayın əvvəlində də doğma klubun sükanı arxasına dönməyə ən real namizəd idi.

Tərlan Əhmədovdan sonra hamı gözləyirdi ki, «Kəpəz» ən tanınmış yetirməsinə bu imkanı yaradacaq. İdarə Heyətinin sədri İlqar Nadirinin nə boyda səhvə yol verməsini isə 8 tur göstərdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti