“İrəli getmək variantın yoxdursa, məcbursan ki...”

7 Oktyabr 2023 23:00 Kəpəz 731
“İrəli getmək variantın yoxdursa, məcbursan ki...”

"Qəbələ"yə məxsus olan, amma icarə əsasında "Kəpəz"də çıxış edən Rüfət Əhmədov Sportinfo.az-a açıqlama verib.

O, Premyer Liqanın ötən turunda dogma komandasına qarşı meydana çıxması barədə danışıb:

“Bu, çempionat oyunudur, qeyri-adi şey, əlavə motivasiya yox idi. Üç xal istəyirdik. Önəmli olan komandamızın yaxşı nəticə qazanması idi.

Yəni, öz oyunumu heç düşünmürdüm ki, sırf rəqib "Qəbələ"di deyə çıxıb yaxşı oynayım, özümü göstərim.

Həmişəki motivasiyayla meydana çıxmışdım. Əsas düşüncəm 3 xal qazanmaq idi ki, bu da qismət olmadı”.

Bəzi azarkeşlər hətta start fitindən 5-10 dəqiqə keçməmiş kənardan futbolçulara, məşqçilərə tapşırıq verir, etiraz edirdi.

Görəsən, bu məqam meydandakılara necə təsir edir? Əhmədovu dinləyək:

“Azarkeşlərə heç nə demək istəmirəm. Bizim üçün daha çox “Xəmsə” azarkeş qrupunun fikirləri önəmlidir.

Onlar da sağ olsunlar ki, bizi yanlarına çağırıb, dəstək oldular. Hər oyun bizim yanımızda olublar.

Onlara nə qədər “çox sağ ol” desək, yenə azdır. Digər məsələyə qalanda isə hər arxaya ötürmə edəndə irad bildirilir.

Əgər irəli getmək variantın yoxdursa, məcburən geriyə oynayacaqsan. İrəlidə top itirməkdənsə, onu geriyə verib və yenidən hücumlara başlamaq daha məqsədəuyğundur”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti