Premyer Liqada yenidən istefa tələbləri eşidildi… VİDEO

2 Oktyabr 2023 23:40 Kəpəz 757
Premyer Liqada yenidən istefa tələbləri eşidildi… VİDEO

"Kəpəz" ardıcıl 4-cü ev matçında da məğlubiyyət yaşadı.

Bu dəfə Qərb təmsilçisi doğma divarlar arasında "Qəbələ" ilə bacarmadı - 0:1.

Və öncəki məğlubiyyətlər sonrası olduğu kimi, bu dəfə də azarkeşlərin "istefa" şuarı eşidildi

Həm də daha uzun zaman kəsiyində.

Tərəfdarlar tribunanı tərk etməkdə maraqlı deyildilər.

Gah baş məşqçi Azər Məmmədovu getməyə səslədilər, gah da klub prezidenti İlqar Nadirinin ünvanına alışdığımız şuar səsləndirildi.

Rəsmilər və baş məşqçi yaranmış mənzərəni, sadəcə seyr etməklə yadda qaldılar.

Yalnız fnal fitindən təxminən 15-20 dəqiqə sonra tamaşaçıları arenadan çıxmasını görmək olardı.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti