“Haqqımda olan müsbət fikirləri dəyərləndirirəm və gələcəkdə...”

30 Sentyabr 2023 02:10 Kəpəz 525
“Haqqımda olan müsbət fikirləri dəyərləndirirəm və gələcəkdə...”

"Kəpəz" Azərbaycan Premyer Liqasının 8-ci turunda doğma meydanda "Qəbələ"ni qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, "sarı-göylər"in müdafiəçisi Elçin Əlicanov matçdan öncə klubun mətbuat xidmətinə açıqlama verib.

"Sabah"la oyunda geridönüş vacib idi. Bakıya xal üçün getmişdik və buna nail olduq. Qarşıdan "Qəbələ" ilə oyun gəlir.

Bu matça da xal üçün çıxacağıq. Məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq, xal qazandıq.

Haqqımda olan müsbət fikirləri dəyərləndirirəm və gələcəkdə inşallah, daha yaxşı olar.

Azarkeşlərimiz məkanın fərqi olmadan yanımıza gəlirlər. Onların daim yanımızda olmasını, kömək etməsini istərdim".

"Kəpəz" - "Qəbələ" qarşılaşması 1 oktyabr tarixində saat 16:00-da Gəncə Şəhər Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!