Azərbaycanda stadionun sökülüb tikilməsinə nə qədər vəsait ayrılacaq?

29 Sentyabr 2023 19:00 Kəpəz 5 959
Azərbaycanda stadionun sökülüb tikilməsinə nə qədər vəsait ayrılacaq?

2025-ci ildə keçiriləcək III MDB Oyunlarına Gəncə ev sahibliyi edəcək.

Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleksin tikilməsi qərara alınıb.

O üzdən uzun illərdir təmirə ehtiyacı olan stadionun da «bəxti açılıb».

1963-cü ildə istifadəyə verilən arenanın tribunaları hazırda qəzalı vəziyyətdədir. Odur ki, Premyer Liqada yalnız 3 minə qədər azarkeşin matçlara buraxılmasına icazə verilir.

Halbuki stadionun 27 min azarkeş tutumu var. Və gələn həftədən etibarən burada söküntüyə start veriləcək. Bu işlər Gənclər və İdman Nazirliyinin (GİN) nəzarəti altında görüləcək. Axı idman qurğusu GİN-in balansındadır.

Nazirlik podratçı olaraq Türkiyə şirkətini seçib. Qardaş ölkədən gələn mühəndis qrupu arenaya baxış keçirib, layihənin icrası ilə bağlı hesabat hazırlayıb.

İlkin mərhələdə inşaata 5 milyon manatın ayrılmasının planlaşdırıldığı deyilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti