"Kəpəz"də "Xəmsə" nümunəsi

28 Sentyabr 2023 23:40 Kəpəz 929
"Kəpəz"də "Xəmsə" nümunəsi

"Kəpəz" qeyri-stabil çıxışına davam edir.

Komanda bir oyun surpriz xal(lar) qazanırsa, digər görüşlərdə azarkeşlərini məyus edir.

Ələlxüsus da iddialılardan xallar qazanıb, ortabablarla oyunda məğlubiyyətlərin sıralanması azarkşləri üzür.

Normaldı, çünki "Neftçi"ni məğlub edən, "Qarabağ"la görüşdə bərabərlilk əldən edən kollektivdən "Səbail", "Turan", "Araz" kimi rəqiblərlə oyunda yaxşı nəticə gözləmək yerli publikanın doğal haqqıdır.

Bəs istefaya nə söz?

Məncə, bir qisim gəncəli azarkeş tələsir, səbrsizlik edir. Dözümsüzlük göstərir.

Hə, lap ikinci turdakı nəticəyə üzülmək, dilxor olmaq olar. Amma altıncı turdaca baş məşqçini istefaya səsləmək lazımsız addımdır. Bu qədər tələsməyə nə ehtiyac var?

Bircə tur sonra həmin Azər Məmmədov daha bir iddialı "Sabah"la səfərdə bərabərə qalmaqla bunu əyani sübut etmiş oldu.

Düzdü, komandada boşluqlar, səhvlər çoxdur. Lakin bunlar məşqçi istefası yox, heyəti daha sanballə etmək və daha səbrli olmaqla düzələsi işlərdi. Onda stabillik də yaranacaq.

Axı heyət cəmi 2 ay əvvəl yığılıb.

Məşqçi yenidir. Xallar qazanılan oyunlar və həm də göstərilən oyun göstərir ki, iş pis qurulmayıb.

Sistem var, müsbət elementlər açıq sezilir.

Qalır "istefa-mistefa"nı kənara qoyub, dəstək olmaq.

Məsələn, "Xəmsə"nin Masazırda etdiyi kimi.

Qurup üzvləri qarşılaşmadan öncə futbolçuları yanına çağırıb onlara inandıqlarını bildirdilər.

Əsl azarkeşlik, fanatlıq budur.

Kiçik büdrəmədə vurmaq yox, dəstək olmaq, inanmaq, güvənmək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti