
"Kəpəz" ciddi itki ilə üzləşib.
Komandanın bu mövsüm ən yaxşılarından hesab olunan Olavale Onanuqa bir müddət komandasına kömək edə bilməyəcək.
"Sabah"la görüşdə (2:2) xəsarət alaraq fasilədə yerini Əli Səmədova verən nigeriyalı bu gün MRT müayinəsindən keçib.
Həkimlər orta xətt oyunçusunun minimum 2 həftə müalicə almalı olduğunu bildirib.
Yayda "Kəpəz"ə qoşulan yarımmüdafiəçi qısa müddətdə özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
Qərb təmsilçisinin önəmli fiqurlarından biri hesab olunan Onanuqa Masazır təmsilçisi ilə görüşə qədər bütün qarşılaşmalarda 90 dəqiqə meydanda olub.
XANOĞLAN / SPORTİNFO.AZ