
Kamran İbrahimov ötən mövsümün əvvəli böyük ümidlərlə “Neftçi”ni “Kəpəz”ə dəyişmişdi.
Yaşar Vahabzadə qolkiperə “bir nömrə” gözü ilə baxırdı.
Amma Tərlan Əhmədovun Qərb təmsilçisinə təyinatından sonra demək olar ki, əsas heyətin qapıları onun üzünə bağlandı.
24 yaşlı qolkiper, təxminən 1 ildən sonra Azər Məmmədovun qərarı ilə “Sabah”la matçda (2:2) çərçivəni qorudu.
Maraqlıdır, “Neftçi”nin yetirməsi bu qədər müddəti kənarda qalmağı özünə qarşı haqqsızlıq hesab edirmi?
Gənclər millimizin sabiq üzvünü dinləyək:
“Bəli, mənə qarşı haqsızlıq vardı. Bu mövsüm deyə bilmərəm. Öz şansımı gözləyirdim.
Qismət oldu və dəyərləndirdim. Amma ötən il belə idi. Hətta sabiq baş məşqçimiz Tərlan Əhmədovun "sayəsində" əvəzedici komandaya göndərilmişdim.
Niyəsini də bilmədim. Menecerim məsələ ilə bağlı araşdırmışdı. Baş məşqçi heç bir səbəb deməmişdi. Mənim özümə də nəsə deməmişdi”.
XANOĞLAN / SPORTİNFO.AZ