"Bu mövsümün ən zəif bəndi "Kəpəz"dir".
Futbol eksperti Emin Abbasov belə deyib.
ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin daimi eksperti Gəncə təmsilçisinin cari çıxışını dəyərləndirib.
Tanınmış teleşərhçi Premyer Liqanın ilk 6 həftəsində 4 xal toplayan qərb komandasının çox zəif təsir bağışladığını bildirib.
O, "Kəpəz"in elitada qalmaq şansının az olduğunu söyləyib. Qeyd edib ki, sözügedən klub sponsorsuz fəaliyyət göstərir və bu, hər sahədə öz mənfi təsirini hiss etdirir.
Abbasov yayda yığılan heyətin də digərlərindən geri qaldığını vurğulayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: