Haqqında mənfi fikirlər söylənilən klub rəhbəri istefa verib?

21 Sentyabr 2023 14:20 Kəpəz 3 047
Haqqında mənfi fikirlər söylənilən klub rəhbəri istefa verib?

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadirinin vəzifəsindən getməsi yönündə xəbərlər yayılıb.

Belə bir məlumatlardan biri saytımızın «poçt qutusu»na göndərilib.

Burada bildirilib ki, o, Premyer Liqanın 6-cı turunda keçirilən «Səbail»lə matçdan (0:3) sonra Gəncənin icra başçısı Niyazi Bayramovla görüşüb və klubdan getmək istəməsi barədə onu məlumatlandırıb.

İddia edilir ki, yerli iş adamı «Kəpəz»in cari mövsümə uğursuz start götürməsinin səbəbkarı qismində özünü görməyib, bununla belə, güclü ictimai təzyiqlərlə üzləşdiyini, artıq işini davam etdirmək iqtilarında olmadığını bildirib.

İ.Nadirinin maliyyə çatışmazlığı ilə üzləşdiklərini, sponsor yoxluğu səbəbindən komandanın zəiflədiyini söylədiyi deyilir.

Gəncə publikası artıq ondan cana doyub. «Səbail»lə qarşılaşmanın gedişində və ondan sonra stadionda klub rəhbərliyinə və baş məşqçi Azər Məmmədova yönəlik «istefa» şüarları səsləndirilib.

Tərəfdarlarda belə rəy formalaşıb ki, Nadiri «Kəpəz»i şəxsi maraqlarının əsirinə çevirib, o üzdən heç bir sponsor bura yaxın gəlmək istəmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti