“Kəpəz”in legionerindən digər futbolçular üçün nümunəvi addım - FOTO

21 Sentyabr 2023 21:20 Kəpəz 1 235
“Kəpəz”in legionerindən digər futbolçular üçün nümunəvi addım - FOTO

“Kəpəz” növbəti ev oyununu da məğlub başa vurdu.

Qərb təmsilçisi doğma azarkeşlərinin gözləri qarşısında “Səbail”ə darmadağın oldu – 0:3.

Oyun başa çatandan sonra Gəncə publikasının narahatlığı anlaşılan idi. Əksər hallarda sevimli komandalarının məğlubiyyətinə belə, alqışla reaksiya verən fanatlar bu dəfə qəzəbli görünürdü.

Komanda üzvləri paltardəyişmə otağının yolunu tutanda ayrı-ayrı futbolçular fitə basıldı, narazılıq dalğası artdı.

Mate Kvirkviya, Abdullahi Şuaybu, Olavale Onunuqa isə azarkeşlərdən sevgi görən adlar idi. Mate onlara əlini qaldırmaqla təşəkkür etdisə, Olavale “hadisə yerindən” göz yaşlarında boğula-boğula keçdi.

Şuaybu soyadını eşidincə bir anlıq ayaq saxladı. Başını tribunalara tərəf qaldırıb iki əli ilə məlum jestlə onlardan üzr istədi.Bunu görən fanatların alqışlarının səsi bir az da ucaldı.

Bu cür yenilginin tək cavabı tribunaya toplaşanlardan üzr istəmək idi ki, yerli futbolçuların bacarmadığını “Kəpəz”in legioneri etdi. Ona görə də Abdullahi Şuaybu Gəncədə ən çox sevilən oyunçudur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti