
“Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov Gəncə futbolu ilə bağlı iddialı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, bu haqda “CBC Sport” kanalında danışıb.
Mütəxəssis bildirib ki, bu şəhərdə futbol inkişaf etdirilməsə, Azərbaycan bu sahədə uğurlar əldə etməyəcək. Azərbaycan futbolunun inkişafı Gəncə futbolunun inkişafından asılıdır.
Əhmədov deyib ki, Zaqatalada da yüksək səviyyəli komanda yaradılmalıdır.
Müsahib vurğulayıb ki, bu bölgələr “futbol beşiyi”dir və onlar olmadan nəyəsə ümid bəsləməyə dəyməz.