Azərbaycanda komandasına görə ağlayan legioner var - FOTO

18 Sentyabr 2023 20:00 Kəpəz 2 193
Azərbaycanda komandasına görə ağlayan legioner var - FOTO

“Kəpəz” doğma meydanda növbəti məğlubiyyətini aldı.

Ötən tur “Araz-Naxçıvan”a boyun əyən qərb təmsilçisi bu dəfə “Səbail” önündə darmadağın oldu – 0:3.

Oyun başa çatandan sonra gəncəli azarkeşlərin qəzəbi anlaşılan idi. Komanda üzvlərini fitə basan fanatlar bununla əsəbini soyutmağa çalışırdı.

Futbolçular paltardəyişmə otağının yolunu tutan anda Olavale Onanuqa göz yaşları içində boğulurdu.

Başını aşağı salıb, ağlaya-ağlaya addımlayan nigeriyalının məğlubiyyətdən təsirləndiyini görmək çətin deyildi.

Onanuqanı komanda yoldaşlarından biri sakitləşdirdi, göz yaşlarını silməsini istədi və boynundan sıxıb paltardəyişmə otağına apardı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti