
Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Kəpəz" "evdə Səbail"i qəbul edib.
Gəncə şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.
"Dənizçilər"in qollarını 2-ci dəqiqədə Yusif Nəbiyev, 16-cı dəqiqədə Valdemar Almeyda, 54-cü dəqiqədə isə Aleksandr Ramalinqom vurub.
Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran qonaqlar dördüncü pilləyə yüksəlib. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır.