“Kəpəz”dəki BU XƏBƏR üzləri güldürür

15 Sentyabr 2023 21:20 Kəpəz 904
“Kəpəz”dəki BU XƏBƏR üzləri güldürür

Premyer Liqanın 6-cı turu çərçivəsində “Kəpəz” doğma meydanda oynayacaq.

Ötən tur Gəncədə “Araz-Naxçıvan”da uduzan (1:2) qərb təmsilçisinin rəqibi son iki matçda “Turan Tovuz”la “Qarabağ”ı məğlub edən “Səbail”dir.

“Sarı-göylər” yüksələn xətt üzrə irəliləyən “dənizçilər”lə matçda uğurlu nəticəyə ümid edir. Bu da səbəbsiz deyil.

Kollektivdə sevindirici xəbər zədəli futbolçuların sıraya qayıtmasıdır. Son həftələrdə zədədən əziyyət çəkən Ehtiram Şahverdiyev, Mate Kvirkviya və Abdullahi Şuaybunun zədəsi tam sağalıb.

Naxçıvanlılarla görüşə mikrozədə ilə çıxan Mate ilə Abdullahi həftəiçi məşqlərdə tam gücü ilə çalışıb.

Mövsümün startından bu yana zədəsinin müalicəsi ilə məşğul olan Vurğun Hüseynov da oynamağa tam hazırdır. Təbii ki, baş məşqçi Azər Məmmədov şans versə.

Ötən mövsümün sonuncu görüşündə 4 oyunluq cəza alan Elmir Tağıyev cəzasını başa vurub, üstəlik, fiziki formasını qaydasına salıb. Elmirin əsas heyətdə yer almaq şansı da kifayət qədər yüksəkdir.

Bir sözlə, mövsümün startından bu yana ilk dəfə bütün futbolçular sağlam şəkildə Azər Məmmədovun sərəncamında olacaq.

Sentyabrın16-da Gəncə şəhhər stadionunda keçiriləcək “Kəpəz” – “Səbail” qarşılaşması saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...