
“Kəpəz”in əcnəbi forvardla anlaşmaq niyyəti baş tutmayıb.
Söhbət Mali millisinin üzvü Adama Nianedən gedir.
Hazırda azad agent olan afrikalı ilə dünənə kimi davam edən danışıqlar müsbət sona çatmayıb.
Buna səbəb hücumçunun Vyetnamdan daha yüksək maaş təklifi alması olub.
Qərb təmsilçisi ilə danışıqları bitirən malili adıçəkilən ölkəyə yollanıb.
Əgər Vyetnamda danışıqlar uğurla bitməsə, o zaman Adama "Kəpəz"lə danışıqları bərpa edə bilər.
Azər Məmmədovun israrla istədiyi 30 yaşlı futbolçunun son klubu İranda “Nassaji” klubu olub.
O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb.
Adama peşəkar karyerasında meydana çıxdığı 204 görüşdə 49 qol, 13 asistlə yadda qalmağı bacarıb.
XANOĞLAN / SPORTİNFO.AZ