
Gəncəyə səfər edən komandaların işi bundan sonra rahat olacaq.
«Kəpəz» rəhbərliyi stadionun ərazisində yerləşdirilən «vaqonlar»ı yığışdırmağın zamanının çatmasını nəhayət anlayıb.
Və yenə də AFFA-nın köməkliyi ilə. Federasiya rəhbərliyinin ayrıdığı maliyyə hesabına burada yeni tikili hazır vəziyyətə gətirilib.
Qonaq komandalar daha öz geyim dəstlərini «vaqon»da dəyişməyəcək, «dəmir qutu»nun içində duş almayacaq.
SPORTİNFO.AZ