"Kəpəz"də kapitanla bağlı XOŞ XƏBƏR

13 Sentyabr 2023 23:40 Kəpəz 691
"Kəpəz"də kapitanla bağlı XOŞ XƏBƏR

Azər Məmmədovun "Kəpəz"ə gətirdiyi ilk transferlərdən biri Vurğun Hüseynov olmuşdu.

Çalışdırıcı 35 yaşlı müdafiəçinin zəngin təcrübəsinə böyük ümid bəsləyirdi.

Əbəs deyil ki, kapitanlıq sarğısı belə ona həvalə olundu.

Amma mövsümün startına 1 gün qalmış məşqdə zədələnən arxa xətt oyunçusu yoldaşlarından uzaq düşməli oldu.

O, bu səbəbdən arxada qalan 5 turda 1 dəqiqə belə meydana çıxmayıb.

Artıq zədəsini tam sağaldan kapitan tam gücü ilə məşqlərdə iştirak edir.

Hətta "Zaqatala" ilə yoxlama matçında baş məşqçi start heyətində ona şans verib.

Düşünmək olar ki, Hüseynov üçün rəsmi debüt matçı 6-cı turda "Səbail"lə görüşə təsadüf edəcək.

Xatırladaq ki, "Kəpəz" - "Səbail" görüşü 16 sentyabr saat 16:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...