“Kəpəz” baxışa dəvət etdiyi legionerlərin xidmətinə gərək duymayıb.
Söhbət nigeriyalı futbolçular – Olavale Adebayo Mişellə Aqvay Aleksdən gedir.
Bir müddət öncə Gəncəyə təşrif buyuran, “Kəpəz” - “Araz-Naxçıvan” görüşünü tribunadan izləyən futbolçular Azər Məmmədovun etimadını qazana bilməyib.
Həftəiçi məşqlərdə iştirak edən, “Zaqatala” ilə yoldaşlıq görüşünün ikinci hissəsində şans qazanan gənclərin hazırkı durumu məşqçilər heyətini razı salmayıb.
21 yaşlı Olavale hücumcu, 20 yaşlı Aqvay isə cinah yarımmüdafiəçisidir.
HƏBİB / SPORTİNFO.AZ

