
"Kəpəz"in oyuna getməyə avtobusu yox idi".
Bu sözlər komandanın sabiq baş məşqçisi Tərlan Əhmədova məxsusdur.
O, Gəncə klubunda işlədiyi müddətdə qarşılaşdığı problemlər haqda danışıb.
Mütəxəssis "Kəpəz"dəki çatışmazlıqları sadalayıb, bütün məhrumiyyətlərə rəğmən, kollektivi Premyer Liqada saxladığını bildirib.
Tərlan Əhmədov ötən ilin sentyabrında "Kəpəz"in sükanı arxasına keçib. Bu postda Yaşar Vahabzadəni əvəzləyən çalışdırıcı qarşısına qoyulan vəzifəni yerinə yetirib.
Klub elitada yerini qoruyub, di gəl, onunla müqavilə uzadılmayıb. Beləliklə, İdarə Heyətinin sədri İlqar Nadiri baş məşqçiyə verdiyi sözün arxasından qaçıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: