
Gəncə azarkeşləri «Kəpəz» rəhbərliyindən narazıdır. Onlar bununla bağlı redaksiyamıza müraciət edib. Fanatlar bildirib ki, şəhər arenasına giriş pullu olsa da, orada təmizlik işləri aparılmır:
«Stadionu kim təmizləməlidir? Hər ev oyununda 3 min adam olur. Bileti bizə 3 manata satırlar. Bu da 9 min manat edir. Amma stadiona baxmırlar. Meydançanın qırağı zibil içindədir. Bu zibili kim yığışdırmalıdır? «Kəpəz» çempionat ərzində ev oyunlarından ən çox pul götürən klubdur»,