
Gəncə bu yaya kimi ən çətin səfərlərdən sayılırdı.
Tərlan Əhmədovun «Kəpəz»i evdə güclü təsir bağışlayırdı və ötən mövsüm kifayət qədər xal toplamışdı.
«Kəpəz» yenə yerindədir, Premyer Liqanın sıralarına daxildir. Tərlan Əhmədov çatışmır, sadəcə.
Azər Məmmədov Gəncənin sevilən futbolçularından olub. Dəyərli və yüksək əxlaqlı insandır.
Kimdənsə nə baş alar, nə üç verər. Məşqçiliyin nəzəriyyəsini də yaxşı bilir. Bunu onunla çalışmış bir neçə futbolçudan eşitmişəm.
Öz aramızdır, praktika başqa şeydir də. Sən çox savadlı ola bilərsən, savadın aşıb-daşa da bilər.
Elə olar ki, heç onu yığıb-yığışdıra bilmərsən. Amma o biliyin tətbiqində problem yaşayırsansa, deməli, yarımçıq məşqçisən.
Vaqif Sadıqovu misal çəkərdim.
Məşqçiliyə aid oxumadığı kitab qalmamışdı, danışanda bir anla sənə elə gəlirdi ki, qarşındakı futbol filosofudur. Gəl ki, nəzəriyyədən praktikaya keçidi sıfıra bərabərdir, əlli min dənə yerdə işləyib, 5 qəpiklik nəticə əldə etməyb.
Bir də Tərlan Əhmədovu xatırladım. Məşq proqramı zəif olsa da, motivator kimi güclü tərəfindən həmişə yaxşı istifadə eləyib.
«Kəpəz»in göz bəbəyi olan Abdulla Şuaybu qoy indi də oynasın da, qol vursun da. Bu nigeriyalı hücumçunu qiymətə Əhmədov mindirdi.
O və onun kimi xeyli futbolçunu. Azər Məmmədov hələlik bu cəhətdən axsayır, Gəncənin qonaqları da «Kəpəz»i asanlıqla məğlub edib gedir.
ELXAN