Premyer Liqa klubunda iki yeni legioner - ONLAR KİMDİR?

3 Sentyabr 2023 17:45 Kəpəz 3 443
Premyer Liqa klubunda iki yeni legioner - ONLAR KİMDİR?

Gəncədə keçirilən "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşmasını izləyənlər arasında afrikalı futbolçular var.
Mərkəzi sektorda əyləşən gənc oyunçular Gəncəyə Nigeriyadan təşrif buyurublar.

Özlərinin Sportinfo.az-a verdiyi məlumata görə, Olavale Adebayo Mişelin 21 yaşı var və hücumun sivri ucunda oynayır.

Aqvay Aleks isə cinah yarımmüdafiəçisidir.

Bir neçə gün öncə ölkəmizə gələn nigeriyalılar millilərin oyunları ilə bağlı çempionatda yaranmış iki həftəlik fasilə dönəmində baxışdan keçəcək.

Hazırkı durumları baş məşqçi Azər Məmmədovu qane edərsə, onlarla müqavilə bağlanacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti