Azərbaycanda klub məşqçilərə 3 ay vaxt verdi

2 Sentyabr 2023 13:00 Kəpəz 1 658
Azərbaycanda klub məşqçilərə 3 ay vaxt verdi

Bir neçə gün öncə sizə “Kəpəz”in Futbol Akademiyasında baş verənlər haqda xəbərdar etmişdik.

Bildirmişdik ki, klubun aşağı yaş qruplarından ibarət komandaların məşqçilərinin maaşları azaldılıb və bu barədə hər birinə məlumat verilib.

“Kəpəz”in mətbuat katibi Azad Mustafayev Sportinfo.az-a açıqlamasında məlum iddianın əsassız olduğunu bildirib:

“Akademiyada çalışan məşqçilərin maaşlarının azalması doğru deyil, əksinə, məvacib artırımı olub. 100-200 manat məbləğ arasında bütün məşqçilərin maaşı artırılıb.

Yalnız bir mütəxəssisdə azalma olub, bu da onun komandasını dəyişməsi ilə bağlıdir. Belə ki, klublarda adətən yuxarı yaş qruplarında çalışan, eyni zamanda kateqoriyasi daha yüksək olan məşqçilər daha yuxarı məvacibləri alırlar”.

Digər maraqlı və təəccüblü məqam isə məşqçilərə 3 aylıq müqavilənin təklif olunmasıdır. Yəni məşqçilər bu müddətdə ümidləri doğrultsa, anlaşma yenilənəcək.

Yox, hansısa komandanın nəticələri qənaətbəxş olmasa, həmin kollektivin baş məşqçisi ilə yollar ayrılacaq.

Azad bəy yaydığımız xəbəri təsdiqləyib:

“Təxminən 3 ay ərzində akademiya istifadəyə veriləcək. Hazırda akademiyada işləmək istəyənlərin sayı həddindən artıq çoxdur, dayanmadan müraciətlər olur.

Akademiyaya boyük maraq var. Hamının da istəyini müsbət cavablandırmaq olmur. Odur ki, hazırda klubda çalışan məşqçilərlə qısa müddətli müqavilə bağlanır.

Belə deyək, bu, sınaq müddəti üçün nəzərdə tutulan 3 aylıq dövrdür. Bu müddətdə işi ilə özünü doğruldanlarla müqavilə daha uzun müddətə bağlanacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti