
“Qarabağ” yeni mövsüm ikinci dəfə büdrədi.
Birinci turda “Zirə”yə uduzan (0:1) ağdamlılar 4-cü turda gözlənilmədən dogma meydanda “Kəpəz”lə bərabərə qaldılar – 1:1.
Matçın qəhrəmanı isə 86-cı dəqiqədə bərabərlik qolunu vuran Cavad Kərimov oldu.
Meydana çıxandan sonra az sonra fərqlənən 19 yaşlı gənc hücumçu Sportinfo.az-a açıqlamasında həm son çempionla oyundan, həm də komandasına xal qazandıran vurduğu qoldan danışıb:
“Oyun həm maraqlı həm də gərgin keçdi. “Qarabağ” çempionatımızın favoritidir.
Oyuna yaxşı hazırlaşmışdıq. Və sonda 1 xal qazandığımız üçün sevincliyəm.
Vurduğum qol isə məni xoşbəxt etdi. Buna görə mənə güvənən Azər müəllimə çox sağ ol deyirəm.
Mən də həmin güvəni boşa çıxarmamağa çalışdım.
Bundan sonra daha çox çalışacam. Və məşqçilərin tapşırıqların düzgün yerinə yetirməklə qolların davamını gətirməyə çalışacam”.
XANOĞLAN