
Premyer Liqada 4-cü turun sensasiyası «Kəpəz»dən gəldi.
Çemponatda qalmaq uğrunda mübarizə aparan, öncəki 2 turda yenilgi ilə üzləşən Gəncə təmsilçisi gözlənilmədən «Qarabağ»dan xal aldı.
Suraxanıda «köhlən atlılar»ın qonağı olan qərb təmsilçisi Cavad Kərimovun 86-cı dəqiqədə vurduğu bərabər qoluyla meydandan 1:1-lə ayrıldı aə aktivinə 1 xal yazdırdı.
Son çempionla səfərdəki heç-heçə «Kəpəz»in futbolçularına 1000 manat qazandırıb.
Klub rəhbərliyinin ilk turda «Neftçi» üzərində 1:0-lıq qələbəyə görə hər oyunçuya 2000 manat ödəməsini xatırladaq.
SPORTİNFO.AZ