İspaniyanın məşhur klublarının formasını geyindi, "Kəpəz"lə müqavilə bağladı – SON DƏQİQƏ

30 Avqust 2023 15:00 Kəpəz 4 840
İspaniyanın məşhur klublarının formasını geyindi, "Kəpəz"lə müqavilə bağladı – SON DƏQİQƏ

“Kəpəz” sürpriz transfer əməliyyatı həyata keçirib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Gəncə klubu heyətini tanınmış legionerlə gücləndirib.

Gürcüstan yığmasının yarımmüdafiəçisi Giorgi Papunaşvili karyerasını Azərbaycanda davam etdirəcək. 27 yaşlı orta sahə oyunçusu «Kəpəz»lə 1 illik müqavilə imzalayıb.

Tbilisi «Dinamo»sunun yetirməsi 2015-ci ildə «Verder»ə transfer olunub. 1 il Almaniyada çıxış etdikdən sonra «Real Saraqosa» onu İspaniyaya aparıb.

Üç mövsüm burada forma geyinib, ardınca «Betis»in yolunu tutub. 2021-2022-ci illəri «Apollon»da (Limassol) keçirib.

Həmin ilin əvvəlində vətənə dönən Papunaşvili Kutaisi «Torpedo»sunun uğurları üçün çalışıb. Ötən ilin yayında Serbiyadan təklif alıb və «Radniçki» üçün yenidən ölkə xaricinə yollanıb.

Gürcüstanın U-17, U-19 və U-21 yığmalarına dəvət almış yarımmüdafiəçi ilk dəfə 2014-cü ildə ölkənin əsas millisinə çağırılıb, 12 oyuna 2 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti