ŞOK QƏRAR! Premyer Liqa klubu dünyada ilki gerçəkləşdirir

29 Avqust 2023 20:40 Kəpəz 10 651
ŞOK QƏRAR! Premyer Liqa klubu  dünyada ilki gerçəkləşdirir

"Kəpəz"in Futbol Akademiyasının yeni rəhbəri Cabir İbrahimov yenilik etmək qərarına gəlib.

Gəncədən redaksiyamıza daxil olan məlumata görə, aşağı yaş qruplarından ibarət bəzi komandaların məşqçilər heyətinin maaşı azaldılıb.

Bu barədə özlərinə məlumat verilib. Deyilib ki, büdcədə maliyyə sıxıntısı var deyə, qənaət rejimi azalmanı labüd edir. Razılaşan qalıb işləyə, razılaşmayan gedə bilər.

Lakin ən qəribəsi onlara təklif olunan müqavilə müddətidir - 3 ay!

Bu vaxt kəsiyi məşqçilərə sınaq müddəti kimi veriləcək. Aşağı yaş qruplarından ibarət komandalar iştirak etdikləri çempionatlarda uğurlu çıxış edərsə, müqavilənin müddəti yeniləcək.

Yox, 3 ay ərzində nəticələr qənaətbəxş olmasa, həmin komandaların baş məşqçiləri yola salınacaq.

Klubdakı əsas söz sahiblərinin narahatlığı anlaşılandır. Ancaq dünyanın heç yerində mövsümün əvvəlində məşqçilərlə 3 aylıq sözləşmə imzalanmır, bəylər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti