“Bazarkomlar” yığılıb ora, özlərindən hoqqa çıxarırlar” - Klubdan HÖRMƏTSİZLİK!

29 Avqust 2023 09:40 Kəpəz 2 055
“Bazarkomlar” yığılıb ora, özlərindən hoqqa çıxarırlar” - Klubdan HÖRMƏTSİZLİK!

“Kəpəz” azarkeşləri klub rəhbərliyindən şikayətçi düşüb.

Gəncəli futbolsevərlər bununla bağlı Sportinfo.az-a müraciət edib.

“Kəpəz”ə aid sosial şəbəkə hesablarının onların üzünə bağlandığını bildiriblər:

“Səhifə 10 günə yaxındır bağlanıb. Deyəsən, tənqidləri eşitmək istəmirlər.

Belə şey olar? Buna da pul lazımdır? Pulsuz şeydir də.

“Bazarkomlar” yığılıb ora, özlərindən hoqqa çıxarırlar, Xahiş edirik, bunu gündəmə gətirin.

Hamımız azarkeşik, bizə komanda barədə məlumat vermək onların borcudur.

Sizin də borcunuz idman mediası olaraq belə səviyyəsiz hərəkətləri gündəmə gətirməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti