"Kəpəz"in illərdi xiffətini çəkdiyi RUH

29 Avqust 2023 22:20 Kəpəz 1 454
"Kəpəz"in illərdi xiffətini çəkdiyi RUH

Gəncə futbol şəhəridir. Həm də problemlərlə dolu.

Orada hər adam baş çıxara bilməz. Necə ki, heç illərin təcrübəsi Tərlan Əhmədov da baş çıxara bilmədi.

Lakin heç kim deyə bir şey də yoxdur.

Mütləq ki, klubun, şəhərin ruhunu oxşaya biləcək kimlərsə var, olub, olacaq.

Məsələn, Azər Məmmədov kimi.

Təyinatında şübhələr çox idi. Necə olacaq, nəsə edə biləcəkmi və.s.

Arxada qalan günlər göstərir ki, elə əsl gəncəlilər istəyən adamdır.

"Kəpəz" bu yay ötən ilki yaydan fərqlənmirdi. Lələ köçmüşdü, yurdu qalırdı.

Boş yurda pənah gətirən gəncəli Məmmədov qısa müddətdə könülləri şad etməyi bacarmaqdadır.

Qalaq-qalaq problemin içində.

Həmin problemlərlə onun komandasının hər oyun məğlub olacağı proqnozlaşdırılırdı.

O isə bütün proqnozları alt-üst etməyi bacardı.

Birinci tur "Neftçi"ni məğlub etdilər, 4-cü tur "Qarabağ" səfərindən bərabərliklə qayıtmağı bacardılar.

Deməli, təsadüfdən söhbət gedə bilməz.

Heç digər iki oyunda da Gəncə təmsilçisi məğlubiyyətlərə layiq çıxış etməyib.

Və ən əsası bu gün uğurlu nəticəyə üzülən "Kəpəz"li, gəncəli görmürəm, eşitmirəm.

Ötən ildən fərqli olaraq.

Çünki istədikləri havanın ruhundadılar.

Bir üzülüb, bir sevinirlər.

Belə istəyirlər, belə xoşdusa və işlər də yaxşı gedirsə, başqa sözə, müzakirəyə gərək qalmır.

Bircə kəlmə, Allah xeyir versin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti