Klubun birinci şəxsi Azərbaycandan qaçıb, yoxsa..?

26 Avqust 2023 22:40 Kəpəz 3 180
Klubun birinci şəxsi Azərbaycandan qaçıb, yoxsa..?

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadirinin Azərbaycanı birdəfəlik tərk etməsi barədə xəbərlər yayılıb.

Sostal şəbəkələrdə paylaşılan iddialara görə, o, Gəncə klubu ilə əlaqəli məsələlərə görə ölkədən getməli olub.

Belə ki, maliyyə yeyintilərinə yol verilməsi, SOCAR-ın bu səbəbdən «Kəpəz»ə audit göndərməyə hazırlaşması qeyd edilir.

O da bildirilir ki, Nadiri «ilişəcəyini» fikirləşərək, tez-tələsik respublikanın hüdudlarından kənara çıxıb.

Yayılan xəbərləri dəqiqləşdirməyə çalışdıq və redaksiyamıza məlum oldu ki, «Kəpəz»in sədri ölkə xaricinə yollanıb.

O, İspaniyaya üz tutub. Ancaq və ancaq istirahət etmək məqsədilə.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti